...

Binəqədidə yaşayış binası yanıb

Hadisə Materials 16 Aprel 2019 17:45 (UTC +04:00)
Bakının Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binası yanıb.
Binəqədidə yaşayış binası yanıb

Bakı. Trend:

Bakının Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binası yanıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, binanın 7-ci mərtəbəsində ümumi sahəsi 55 kv.m olan 2 otaqlı mənzilin 1 otağının və dəhlizinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.

Yüksək temperaturdan mətbəxin lambirindən ibarət tavanı 6 kv.m sahədə əriyib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti