...

Masallı sakininin idman çantasında 9 kq-a yaxın narkotik aşkarlanıb (FOTO)

Hadisə Materials 4 May 2019 15:13 (UTC +04:00)
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə 9 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.
Masallı sakininin idman çantasında 9 kq-a yaxın narkotik aşkarlanıb (FOTO)

Bakı. Samir Əli - Trend:

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə 9 kiloqrama yaxın narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun Yuxarı Ağalı kəndi ərazisində əvvəllər məhkum olunmuş, Masallı rayonunun Hişkədərə kənd sakini A.Bədəlov saxlanılıb. Onun əlində olan idman çantasına keçirilən baxış zamanı 8 kiloqram 220 qram narkotik maddə olan tiryək, 130 qram narkotik maddə olan həşiş qətranı və 230 qramdan artıq metamfetamin aşkar olunaraq götürülüb. A.Bədəlov narkotik vasitəni qaçaq yolla respublika ərazisinə keçirən İran vətəndaşı Vahid adlı şəxsdən əldə etdiyini bildirib.

Faktla bağlı Biləsuvar RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti