...

Yevlaxda avtobus qəzasında 2 nəfər ölüb, 24 nəfər xəsarət alıb - SİYAHI

Hadisə Materials 23 May 2019 11:04 (UTC +04:00)
Yevlax rayonunda baş verən yol qəzası nəticəsində ölən və yaralananların şəxsiyyəti məlum olub.
Yevlaxda avtobus qəzasında 2 nəfər ölüb, 24 nəfər xəsarət alıb - SİYAHI

Bakı. Samir Əli - Trend:

Yevlax rayonunda baş verən yol qəzası nəticəsində ölən və yaralananların şəxsiyyəti məlum olub.

Trend-in məlumatına görə, hadisə nəticəsində Yevlax rayon sakinləri, 2006-cı il təvəllüdlü İmanzadə Sevindik Tamerlan oğlu və Musayeva Səadət Məzahir qızı dünyasını dəyişib.

Hadisə nəticəsində 24 nəfər xəsarət alıb.

Xəsarət alanlar 2001-ci il təvəllüdlü Salmanlı İlahə Ramil qızı, sürücü Şərifov Xudaverdi Qəmbər oğlu və 1980-ci il təvəllüdlü İmanova Gülnurə Adil qızı Yevlax Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, Məmmədli Aygün Azər qızı (təvəllüd 1994), Behbudov Murad Hüseyn oğlu (təvəllüd 2002), Məhərrəmova Güllər Vidadi qızı (təvəllüd 1989), İbrahimov Şahlar Abbas oğlu (təvəllüd 1999), Əkbərov Əziz Əkbər oğlu (təvəllüd 2001), Cəfərova Fizzə Murtuz qızı (təvəllüd 1959), Hüseynova Aynurə Adil qızı (təvəllüd 1977), Alxanov Elşən Rövşən oğlu (təvəllüd 2000), Qədirli Aytac Teymur qızı (təvəllüd 2002), Nəcəfli Aysu Azər qızı (təvəllüd 2002), Həsənov Ümid İsmayıl oğlu (təvəllüd 2001), Nəsibli Ülviyyə Ədalət qızı (təvəllüd 2000), Məmmədova Nigar Azər qızı (təvəllüd 1999), Məmmədova Rüfanə Hüseyn qızı (təvəllüd 1993), Cəbrayılov Elzamin Pərviz oğlu (təvəllüd 2003), Mustafayev Murad Arif oğlu (təvəllüd 2003), 1936-cı il təvəllüdlü İsmayılova Güllər, 2003-cü il təvəllüdlü Əsgərov Müzəffər və Gəncalə adlı xanım isə travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisə nəticəsində xəsarət alan 1974-cü il təvəllüdlü Nəbiyeva Vəfa Yusif qızı və onun həyat yoldaşı, 1971-ci il təvəllüdlü Nəbiyev Ramazan Səhlab oğlu Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti