...

İranda güclü meşə yanğını qeydə alınıb

Hadisə Materials 9 İyun 2019 19:55 (UTC +04:00)
İranın cənub-qərbində Xuzistan vilayətinin Əhvaz rayonunun Qeyzaniyyə məntəqəsində meşəlik ərazisi yanır
İranda güclü meşə yanğını qeydə alınıb

Bakı. Elnur Bağışov - Trend:

İranın cənub-qərbində Xuzistan vilayətinin Əhvaz rayonunun Qeyzaniyyə məntəqəsində meşəlik ərazisi yanır.

Trend-in məlumatına görə, bunu İranın Xuzistan vilayətinin Əhvaz rayonunun Qeyzaniyyə məntəqəsinin rəhbəri Rəsul Saki deyib.

R.Sakinin sözlərinə görə, yanğın təxminən 3 saatdır başlayıb və güclü yanğın sürətlə yayılmaqdadır.

Qeyzaniyyə məntəqəsinin rəhbəri əlavə edib ki, hal-hazırda İranın Neft Şirkətinin iki yanğınsöndürmə maşını yanğını söndürməklə məşğuldur. Lakin bu yetərli deyil və Əhvazdan əlavə yanğınsöndürmə maşını istənilib.

Yanğının baş verdiyi meşəlik ərazisinin ətrafında 4 kənd yerləşir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti