Bakı. Trend:
Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 15-də saat 14:00 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Yəhya Abbasov idarə etdiyi “QAZ-3302” markalı avtomobili aşırıb. Nəticədə sürücü hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.