...

Abşeronda mağaza yanıb

Hadisə Materials 5 Avqust 2019 01:38 (UTC +04:00)
Abşeron rayonunda yanğın qeydə alınıb
Abşeronda mağaza yanıb

Bakı. Trend:

Abşeron rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 18 m² olan mağazanın içərisində taxta rəflər və taralar 4 m² sahədə, divarında quraşdırılan elektrik sayğacı yanıb. Yüksək temperaturdan mağazanın lambirindən ibarət tavanı 4 m² sahədə əriyib.

Mağazanın qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti