...

Bərdədə maşın ağaca çırpıldı - 2 ölü

Hadisə Materials 3 Oktyabr 2019 12:34 (UTC +04:00)
Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində yol-nəqlliyyat hadisəsi baş verib.
Bərdədə maşın ağaca çırpıldı - 2 ölü

Bakı. Trend:

Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində yol-nəqlliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 3-də saat 1 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində Ağcabədi rayon sakini İ.Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib.

Sərnişinlərdən həmyerliləri Emin Məmmədov və Elgün Kərimov orada ölüb

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti