...

İdman çantasında narkotik vasitə keçirmək istəyərkən saxlanıldı

Hadisə Materials 28 Oktyabr 2019 10:49 (UTC +04:00)
Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb.
İdman çantasında narkotik vasitə keçirmək istəyərkən saxlanıldı

Bakı. Trend:

Cənub Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İran İslam Respublikasından ölkəmizə piyada yolla gələn Azərbaycan Respublikası vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, vətəndaşa məxsus idman çantasının yoxlanılması zamanı çantanın içərisindəki şəxsi əşyalarının yanında, gömrük nəzarətinə bəyan olunmayan, üzərində "Coolack" yazılan 0,5 litrlik plastik qabda 360 ml həcmində təsiredici maddəsi tropikamid olan məhlul, 1 ədəd üzərində heç bir göstərici olmayan plastik qabda 120 ml həcmində metadon məhlulu və 5 ədəd plastik flakonda üzərində "Mydrax 1%" sözləri yazılan təsiredici maddəsi tropikamid olan dərman preparatı aşkar olunub.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin"in II Siyahısına, tropikamid isə "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

360 ml həcmindəki məhlulun tərkibində tropikamidin təsiredici maddəsinin miqdarı 3,6 qram, 120 ml məhlulda metadonun quru maddəsinin təmiz çəkisi 0,12 qram və 5 ədəd flakondakı məhlulun tərkibində tropikamidin təsiredici maddəsinin ümumi miqdarı 0,025 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti