...

Bakıda evdən pul və qızıl əşyalar oğurlayan qadın saxlanılıb

Hadisə Materials 29 Oktyabr 2019 13:30 (UTC +04:00)

Bakı. Trend:

Bakıda evdən pul və qızıl əşyalar oğurlayan qadın saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 25-də Bakıxanov qəsəbəsindəki evlərin birindən 1800 manat və 2000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Xızı rayon sakini N.Ellazova saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti