...

ABŞ qanunsuz miqrantların saxlanması üçün anbarlardan istifadə edə bilər

Dünya xəbərləri Materials 9 Noyabr 2025 04:31 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp administrasiyası böyük anbarlar əldə etmək və deportasiyadan əvvəl qanunsuz miqrantları saxlamaq üçün onlardan istifadə imkanını araşdırır.

Trend xəbər verir ki, bu barədə “NBC News” Ağ Ev və Daxili Təhlükəsizlik Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.

Söhbət onlayn pərakəndə satış şirkəti “Amazon” kimi müəssisələr üçün nəzərdə tutulmuş anbarlardan gedir.

Mənbələrin bildirdiyinə görə, bu anbarların orta sahəsi mövcud miqrant saxlama mərkəzlərindən iki dəfə böyükdür ki, bu da daha çox qanunsuz miqrantın saxlanmasına imkan verəcək.

ABŞ-ın İmmiqrasiya və Gömrük Xidməti (ICE) ölkənin cənubundakı hava limanlarının yaxınlığında yerləşən və miqrantların ən çox deportasiya edildiyi anbarlarla maraqlanır.

“CBS News”in noyabrın 6-da yaydığı məlumata görə, hazırda rekord sayda, təxminən 66 000 miqrant ICE müəssisələrində saxlanılır. ICE-in anonim nümayəndəsi bildirib ki, agentliyin müəssisələri hazırda 70 000 nəfər üçün nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti