...

Sərhəddə pirotexniki vasitələri gizlətmək istədi, saxlanıldı

Hadisə Materials 21 Dekabr 2019 14:01 (UTC +04:00)
"Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb.
Sərhəddə pirotexniki vasitələri gizlətmək istədi, saxlanıldı

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi avtomobillə gələn Azərbaycan vətəndaşı saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və ya bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Baxış zamanı isə avtomobilin döşəməsindəki xüsusi düzəldilmiş gizli saxlanc yerində 510 qutu "Demi Wolf" və "Whistling Moon Travellers" markalı pirotexniki vasitələr aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti