Bakı. Trend:
Yanvarın 2-də saat 23 radələrində Sabunçu rayonu H.Əliyev prospektində Gədəbəy rayon sakini R.Alıyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, xəstəxanaya yerləşdirilmiş həmin şəxs orada ölüb.
Sabunçu RPİ tərəfindən araşdırma aparılır.