Bakı. Samir Əli - Trend:
Bakıda xarici ölkə vətəndaşının bank hesabı oğurlanıb.
Trend-in məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarına Gürcüstan vətəndaşı, 1965-ci il təvəllüdlü Aslanov Murtuza Aslan oğlu müraciət edib.
O bildirib ki, paytaxtın Nizami rayonu, Qara Qarayev prospekti 29 ünvanında yerləşən bankomatdan onun hesabında olan 500 manat oğurlanıb. Faktla bağlı araşdırma aparılır.