...

General təqaüdə göndərildi - RƏSMİ

Hadisə Materials 31 Yanvar 2020 17:25 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Həsən Şirinov tutduğu vəzifədən azad edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Trend-ə bildirib ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Həsən Şirinov xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Xəbər lenti

Xəbər lenti