...

Qəbələdə "Nissan"ı ağaca çırpan sürücü öldü

Hadisə Materials 6 Fevral 2020 14:11 (UTC +04:00)
Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Qəbələdə "Nissan"ı ağaca çırpan sürücü öldü

Bakı. Trend:

Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, fevralın 5-də saat 22 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsi ərazisində qəsəbə sakini Ramin Lətifli idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb, sərnişini xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti