...

Şəmkirdə qarlı yolda qalan 5 nəfər xilas edildi (FOTO/VİDEO)

Hadisə Materials 12 Fevral 2020 15:59 (UTC +04:00)
Qarlı yolda batıb qalmış avtomobil çıxarılaraq vətəndaşların hərəkətlərinə davam etməsi təmin olunub.
Şəmkirdə qarlı yolda qalan 5 nəfər xilas edildi (FOTO/VİDEO)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Şəmkir rayonunun Yuxarı Çaykənd kəndi istiqamətində 1 ədəd avtomobilin qarlı yolda batması və avtomobilin içərisində biri azyaşlı olmaqla 5 nəfər vətəndaşın çıxılmaz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb olunub.

Qarlı yolda batıb qalmış avtomobil çıxarılaraq vətəndaşların hərəkətlərinə davam etməsi təmin olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti