...

Cəlilabadda ikimərtəbəli ev yanıb

Hadisə Materials 21 Fevral 2020 22:12 (UTC +04:00)
Cəlilabad rayonunda yanğın qeydə alınıb
Cəlilabadda ikimərtəbəli ev yanıb

Bakı. Trend:

Cəlilabad rayonunda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Çünzəli kəndində ümumi sahəsi 210 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 105 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti