...

Yasamalda “Mercedes” maneəyə çırpıldı - Xəsarət alan var

Hadisə Materials 2 Mart 2020 20:10 (UTC +04:00)
Bakı şəhərinin Yasamal rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.
Yasamalda “Mercedes” maneəyə çırpıldı - Xəsarət alan var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda “Mercedes” markalı minik avtomobili yol kənarındakı maneəyə çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti