...

Siyəzəndə yük maşını minik avtomobili ilə toqquşub, ölənlər var

Hadisə Materials 6 Mart 2020 08:53 (UTC +04:00)
Siyəzəndə yük maşını minik avtomobili ilə toqquşub, ölənlər var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Siyəzən rayonunda “KamAZ” markalı yük avtomobili və “Renault” markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 3 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti