...

Ağdaşda fəhlənin ölümü ilə bağlı cinayət işi açıldı

Hadisə Materials 7 Mart 2020 10:28 (UTC +04:00)
Ağdaşda fəhlənin ölümü ilə bağlı cinayət işi başlayıb.
Ağdaşda fəhlənin ölümü ilə bağlı cinayət işi açıldı

Bakı Samir Əli - Trend :

Ağdaşda fəhlənin ölümü ilə bağlı cinayət işi başlayıb.

Trend-in məlumatına görə, ötən gün Ağdaş rayon Dəhnəxəlil kəndində fəaliyyət göstərən “Kafkaz” QSC-yə məxsus Beton Zavodunda çalışan fəhlə Hacıyev Mahir Mürsəl oğlunun faciəli şəkildə ölümü ilə bağlı cinayət işi başlanıb.

Məlumata görə, rayonun Ləki qəsəbə sakini M.Hacıyev Ləki-Qəbələ dəmiryolunun tikintisini həyata keçirən “Kafkaz” QSC-yə məxsus Beton Zavodda qaynaqçı işləyirmiş. Ayın 6-da işə gələn H.Mahir işlək vəziyyətdə olan beton qarışdıran qurğunun içərisinə düşərək ölüb.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti