...

Salyan sakini Bakıda ürəyindən bıçaqlandı

Hadisə Materials 17 Mart 2020 16:27 (UTC +04:00)
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Salyan sakini Bakıda ürəyindən bıçaqlandı

Bakı. Samir Əli - Trend:

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi ərazisində qeydə alınıb. Qəsəbədə kirayədə yaşayan 1977-ci il təvəllüdlü Zaur Əsədov küçədə Salyan rayon sakini, 1969-cu il təvəllüdlü Mehman Xudiyevlə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə nəticəsində Z.Əsədov M.Xudiyevi sol döş qəfəsindən bıçaqlayaraq qaçıb. Yaralı təcili xəstəxanaya çatdırılaraq əməliyyat olunub, vəziyyəti orta-ağır qiymətləndirilir.

Nizami rayon Polis İdarəsinin Post-Patrul Xidməti əməkdaşlarının keçirdikləri operativ əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Z. Əsədov saxlanılaraq Nizami rayon Polis İdarəsinin 23-cü polis bölməsinə təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti