Bakı. Trend:
Yaponiya sahillərində 5,6 bal gücündə zəlzələ baş verib.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Miyako şəhərindən təxminən 127 kilometr şərqdə, yerin 19 kilometr dərinliyində yerləşib. Miyako şəhərində təxminən 51 min nəfər yaşayır.
Hadisə nəticəsində tələfat və dağıntı barədə məlumat yoxdur, həmçinin sunami təhlükəsi elan edilməyib.
