...

İmişlidə ikimərtəbəli ev yanıb

Hadisə Materials 9 Aprel 2020 14:37 (UTC +04:00)

Bakı. Trend:

İmişli rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonun Aranlı kəndində ümumi sahəsi 200 m² olan, tavanı qamışdan ibarət ikimərtəbəli evin dam örtüyü, ikinci mərtəbəsinin yanar konstruksiyaları və içərisindəki əşyalar 100 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən aidiyyəti üzrə aparılıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti