...

Solomon Adaları sahillərində 6.6 bal gücündə zəlzələ baş verdi

Hadisə Materials 13 May 2020 04:15 (UTC +04:00)
Solomon Adaları sahillərində 6.6 bal gücündə zəlzələ baş verdi

Bakı. Trend:

Sakit Okeanın cənub-qərbindəki Solomon Adaları sahillərində 6.6 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə ABŞ-ın geoloji xidməti xəbər verib.

Bildirilir ki, yeraltı təkanların episentri Solomon Adalarının paytaxtı Xoniaradan (56.3 min əhali) 782 kilometr şərqdə, ocağı isə 112 kilometr dərinlikdə olub.

Xəsarət alanlar, dağıntılar və sunami təhlükəsi barədə məlumat verilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti