...

Bakıda güclü külək ağacı qıraraq avtomobillərin üzərinə salıb

Hadisə Materials 23 May 2020 18:36 (UTC +04:00)
Bakıda güclü külək ağacı qıraraq avtomobillərin üzərinə salıb

Bakı. Trend:

Güclü külək səbəbindən Bakının Mərdanov qardaşları küçəsində ağac qırılaraq avtomobillərin üzərinə düşüb.

Bakı Nəqliyyat Agentliyindən Trend-ə verilən məlumata görə, sürücülərə tövsiyə edilir ki, bu cür küləkli hava şəraitində avtomobillərini park edərkən diqqətli olsunlar.

İri gövdəli, yaşlı və aşmaya meyilli ağacların altında avtomobillərinizi park etməsinlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti