...

Kürdə batan 14 yaşlı yeniyetmənin meyiti tapıldı

Hadisə Materials 19 İyun 2020 11:07 (UTC +04:00)
Kürdə batan 14 yaşlı yeniyetmənin meyiti tapıldı

Bakı. Trend:

Kür çayının Sabirabad rayonu, Bulduq kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Məmmədli Emil Fərzi oğlunun axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, E.Məmmədlinin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti