Bakı. Trend:
Kür çayının Sabirabad rayonu, Əsgərbəyli kəndi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Hüseynov Teymur Məmməd oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, T.Hüseynovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.