...

Kürdəmirdə "Mercedes" traktora çırpılıb, ölən var

Hadisə Materials 12 Avqust 2020 15:51 (UTC +04:00)
Kürdəmirdə "Mercedes" traktora çırpılıb, ölən var

Bakı. Trend:

Kürdəmir rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Zərdab rayon sakini E.Əzizov idarə etdiyi “Mercedes” markalı avtomobili Kürdəmir rayonunun Sovla kəndi ərazisində yol kənarında dayanmış, Oruc Qurbanova məxsus “T-28” markalı traktora vurub. Nəticədə E.Əzizovun avtomobilində olan sərnişini, həmyerlisi Tubu Ömərova hadisə yerində ölüb, özü və iki sərnişini isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə bağlı Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti