...

Samuxda ağır yol qəzası: iki ölü

Hadisə Materials 16 Avqust 2020 13:21 (UTC +04:00)

Bakı. Trend:

Samux rayonunun Çobanabdallı kəndində “Mercedes” markalı minik avtomobili və "NEW Holland TC-5050" markalı kombayn toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən hadisə yerinə cəlb olunan Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1998-ci il təvəllüdlü Çağırqanov Elnur Vahid oğlunun və 1996-cı il təvəllüdlü Süleymanzadə Ləman Nazim qızının meyitlərini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti