...

İranda altı ölkənin iştirakı ilə Əfqanıstanla bağlı vəziyyət müzakirə olunacaq

Dünya xəbərləri Materials 12 Dekabr 2025 04:05 (UTC +04:00)
İranda altı ölkənin iştirakı ilə Əfqanıstanla bağlı vəziyyət müzakirə olunacaq

Bakı. Trend:

Gələn həftə İranda Rusiya, Çin və Pakistanın da daxil olduğu altı ölkənin nümayəndələrinin iştirakı ilə Əfqanıstandakı vəziyyətə dair toplantı keçiriləcək.

Trend xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai açıqlama yayıb.

Bəqai bildirib ki, İran region ölkələrinin təhlükəsizliyi və sabitliyinə böyük önəm verir və bu istiqamətdə regional gərginliyin azaldılması, qarşılıqlı anlaşmanın gücləndirilməsi üçün bütün imkanlardan istifadə edəcək.

Məlumata görə, görüş gələn həftə Tehranda baş tutacaq və Pakistan, Tacikistan, Özbəkistan, Türkmənistan, Çin və Rusiyanın Əfqanıstan üzrə xüsusi nümayəndələri toplantıda iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti