Bakı. Trend:
Azərbaycan və Gürcüstanın hökumət başçılarının Aşqabaddakı görüşü çox məhsuldar olub. Bu görüşlər çərçivəsində ticarət-iqtisadi əlaqələr və ölkəmizin iqtisadi inkişafı ilə bağlı əsas mövzular müzakirə olunub.
Trend xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Aşqabadda jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının ticarət-iqtisadi, investisiya, nəqliyyat, neft-qaz, “yaşıl enerji”, humanitar və digər sahələrdə inkişafından məmnunluq ifadə olunub.
Onun sözlərinə görə, müstəsna əhəmiyyətə malik ikitərəfli gündəlik var. Maka Boçorişvili deyib ki, ölkələr arasında siyasi və iqtisadi münasibətlərin ən yüksək səviyyədə müzakirəsi vacibdir.
“Azərbaycan Gürcüstan üçün mühüm strateji tərəfdaşdır və bu yaxın əlaqələr yüksək səviyyəli davamlı siyasi dialoq tələb edir”, – deyə Boçorişvili bildirib.
