...

Əhali 11 ayda benzin və dizelə 3,5 milyard manat xərcləyib

İqtisadiyyat Materials 11 Dekabr 2025 15:05 (UTC +04:00)
Əhali 11 ayda benzin və dizelə 3,5 milyard manat xərcləyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 3,521 milyard manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.

Trend bu barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.

Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7,7% çoxdur.

Avtomobil benzini və dizel yanacağı üzrə ticarət dövriyyəsinin yekunda xüsusi çəkisi 6% təşkil edib.

Qeyd edək ki, 2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 58,571 milyard manatlıq, o cümlədən 31,937 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26,634 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

2024-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,2 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti