Bakı. Trend:
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tbilisidə səfərdə olan nümayəndə heyəti Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze ilə görüşüb.
Bu barədə Trend-ə Dini Məsələlər üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, görüşdə din sahəsində iki ölkə arasında münasibətlər və gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.
Görüşdə hər iki ölkədə fəaliyyət göstərən dini icmalar, kilsə və məscidlərlə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Sahib Nağıyev ölkəmizdə dini icmaların vəziyyəti barədə danışıb, dövlətin bu sahəyə qayğısından danışıb.
Bu cür səfərlərin Gürcüstanla Azərbaycan arasında dini sahədə əməkdaşlığın daha da möhkəmləndirilməsi və iki ölkə arasındakı münasibətlərin inkişafına töhfə verəcəyi qeyd olunub.