Bakı. Trend:
Məhkəmə ekspertinin ixtisası üzrə tələb olunan baza ali təhsil sahələri müəyyən ediləcək və bu sahələrdə ixtisaslı kadrların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi üzrə tədbirlər görüləcək.
Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya”ında öz əksini tapıb.
Məhkəmə ekspertinin ixtisası üzrə baza ali təhsil sahələrinin siyahısına dair beynəlxalq təcrübənin öyrənilməsi, Məhkəmə ekspertinin ixtisası üzrə baza ali təhsil sahələrinin siyahısına dair beynəlxalq təcrübənin öyrənilməsi toplanılması və ümumiləşdirilməsi, müvafiq sahələr üzrə ixtisaslı kadrların məhkəmə ekspertizası fəaliyyətinə cəlb edilməsi üzrə tədbirlər görülməsi, o cümlədən ali təhsil müəssisələri ilə əməkdaşlıq şəraitində həmin sahələr üzrə təhsil proqramlarına məhkəmə ekspertizası ilə bağlı seçmə fənlərin daxil edilməsi planlaşdırılır.
