...

Paşinyanın təyyarəsi Moskvaya enə bilməyib

Dünya xəbərləri Materials 11 Dekabr 2025 11:02 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ermənistanın Baş naziri Nikol Paşinyanın təyyarəsi Moskvada eniş üçün icazə ala bilməyib. Bu səbəbdən təyyarə Sankt-Peterburqda məcburi eniş etməli olub.

Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Ermənistan Baş nazirinin təyyarəsi təxminən bir saat ərzində Tver vilayəti üzərində eniş üçün pəncərə gözləyərək dövrə vursa da, sonda “Pulkovo” hava limanına yönləndirilib.

Hava nəqliyyatında pozuntuların yaranmasının Moskvaya pilotsuz uçuş aparatları ilə edilən hücumların kəskinləşməsi ilə əlaqələndirilir. Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri gecə ərzində Moskva ətrafında 32 PUA-nı vurub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti