...

Məhkəmə ekspertizası idarələrinin ştat vahidlərinin sayı artırılacaq

Cəmiyyət Materials 11 Dekabr 2025 14:50 (UTC +04:00)
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Beynəlxalq təcrübə və iş yükünün dinamikası nəzərə alınmaqla məhkəmə ekspertizası idarələrinin ştat vahidlərinin sayının artırılması ilə bağlı təkliflər hazırlanacaq.

Trend-in məlumatına görə, bu məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026 ─ 2030-cu illər üçün Konsepsiya”ında öz əksini tapıb.

Məhkəmə ekspertinin iş yükü normasına və ekspertiza tədqiqatlarının mürəkkəblilik dərəcəsinə dair xarici ölkələrin təcrübəsinin öyrənilməsi və məlumatların təhlili, müvafiq təhlillər əsasında məhkəmə ekspertizası növlərindən asılı olaraq, ekspertlərin optimal iş yükünə və məhkəmə ekspertizası idarələrinin ştat sayının artırılmasına dair təkliflərin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi, məhkəmə ekspertlərinin optimal iş yükü müəyyən edilməklə məhkəmə ekspertizası idarələrinin fəaliyyət imkanlarının gücləndirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti