...

Xəzərdə köməksiz qalan şəxslər xilas edilib

Hadisə Materials 11 Dekabr 2025 17:08 (UTC +04:00)
Xəzərdə köməksiz qalan şəxslər xilas edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Dekabr ayının 10-da saat 17:30-da Sahil Mühafizəsinin Bakı sahil nəzarəti şöbəsinin Zirə sahil nəzarəti bölməsinə Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub ərazi sularında 3 nəfər heyət üzvü olan balıqçı qayığının geri qayıtmadığı və köməksiz vəziyyətdə qaldığı barədə məlumat daxil olub.

Trend xəbər verir ki, bu barədə DSX məlumat yayıb.

Bildirilib ki, təxirəsalınmaz tədbirlər görülərək dövlət sərhədinin mühafizəsində olan sərhəd gəmiləri müəyyən edilmiş koordinatlar üzrə dərhal hərəkətə keçmişdir.

Keçirilmiş axtarış-xilasetmə tədbirləri nəticəsində dekabrın 11-də saat 01:20-də dənizdə köməksiz vəziyyətdə qalmış Azərbaycan Respublikası vətəndaşları, Neftçala rayon sakinləri – 1990-ci il təvəllüdlü Səmədov Cəlal Məhərrəm oğlu, 1997-ci il təvəllüdlü Babayev Sənan Elçin oğlu və 1980-ci il təvəllüdlü Fətullayev Kənan Rafiq oğlu sərhəd gəmisinə təxliyə edilərək təhlükəsiz şəraitdə sahilə çıxarılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti