...

Azərbaycan ABŞ şirkəti ilə Orta Dəhlizin inkişafını müzakirə edib (FOTO)

İqtisadiyyat Materials 11 Dekabr 2025 15:01 (UTC +04:00)
Azərbaycan ABŞ şirkəti ilə Orta Dəhlizin inkişafını müzakirə edib (FOTO)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan ABŞ şirkəti ilə Orta Dəhlizin inkişafı üzrə görülən işləri müzakirə edib.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" hesabında paylaşım edib.

"ABŞ-yə səfər çərçivəsində qlobal infrastruktur investisiya idarəetmə şirkəti “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesi və Kapital formalaşdırılması üzrə qlobal rəhbəri Erik Varvel ilə görüşdük. Görüşdə Orta Dəhlizin inkişafı, rəqəmsal transformasiya və enerji layihələrinin yaratdığı regional imkanları müzakirə etdik. Həmçinin nəqliyyat, logistika, rəqəmsal infrastruktur və data mərkəzləri üzrə birgə investisiya platformasının yaradılması barədə fikir mübadiləsi apardıq", - paylaşımda qeyd edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti