...

Azərbaycanda seysmoloji vəziyyət necədir? - RƏSMİ AÇIQLAMA

Cəmiyyət Materials 11 Dekabr 2025 11:09 (UTC +04:00)
Azərbaycanda seysmoloji vəziyyət necədir? - RƏSMİ AÇIQLAMA
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Dekabrın 9-da Qubada 3.3 və bu gün Xəzər dənizində isə 3.8 maqnitudalı zəlzələlər baş verib. Hər iki zəlzələ ölkəmizin seysmik aktiv zonalarında qeydə alınıb və bu, təbii haldır. Azərbaycan ərazisi, o cümlədən Xəzər dənizi, seysmik cəhətdən aktiv bölgələr hesab olunur. Belə ərazilərdə zaman-zaman 3 və daha aşağı maqnitudalı zəif zəlzələlər baş verir.

Bunu Trend-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin şöbə müdiri Vüsalə Rafiqqızı deyib.

O bildirib ki, qeyd olunan zəlzələlər güclü olmayıb və təhlükə yaratmayıb.

"Qubada baş verən təkan ümumiyyətlə hiss olunmayıb və əhalidə narahatlığa səbəb olmayıb. Bu səbəbdən hər hansı narahatlığa ehtiyac yoxdur.

Eyni zamanda, qeyd olunmalıdır ki, zəlzələlərin dəqiq proqnozu elmi cəhətdən mümkün deyil. Kiçik təkanlardan çıxış edərək, konkret tarix və saatla güclü zəlzələ gözlənildiyini söyləmək əsassızdır. Azərbaycanda fəaliyyət göstərən seysmik stansiyalar hər gün maqnitudası 3-ə çatmayan, əhali tərəfindən hiss olunmayan çoxsaylı təkanlar qeydə alır. Bu təkanlar seysmik aktiv bölgələr üçün normal və gözlənilən hal hesab olunur. Hazırda narahatlığa əsas yoxdur", Vüsalə Rafiqqızı qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti