Bakı. Trend:
Almaniya və Norveç 2029-cu ilə qədər 75-100 kəşfiyyat peykindən ibarət birgə şəbəkə yaratmağı planlaşdırır.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Kəşfiyyat peykləri şəbəkəsi ilə bağlı layihə Noveçin “Kongsberg” və Almaniyanın “Helsing” şirkətləri tərəfindən gerçəkləşdiriləcək. “Kongsber” şirkəti kosmik aparatların yaradılmasına cavabdeh olacaq, “Helsing” isə onların süni intellekt sistemləri ilə təchizatını yerinə yetirəcək.
Tərəflərin məlumatına görə, şəbəkənin yaradılması Avropanın çəkindirmə qabiliyyətinin gücləndirilməsi ehtiyacına birbaşa cavab olacaq və kosmik kəşfiyyatın strateji əhəmiyyətini vurğulayacaq. Bu şəbəkə ölkələri müvafiq məlumatların əldə olunması ilə bağlı ABŞ-dən asılılıqdan azad edəcək.
