...

Süni İntellekt Mərkəzində 3 AI layihəsi istifadəyə verilib

Cəmiyyət Materials 11 Dekabr 2025 11:17 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Qısa müddət ərzində Süni İntellekt Mərkəzində 3 süni intellekt (AI) layihəsi istifadəyə verilib.

Trend xəbər verir ki, bunu Milli Süni İntellekt Mərkəzinin Süni intellekt üzrə məhsul sahibi İbrahim Süleymanov bu gün Süni İntellekt Akademiyasında keçirilən “Süni İntellekt Standartlarının Media Nümayəndələrinə Kommunikasiyası” adlı tədbirdə deyib.

Onun sözlərinə görə, bu sahədə 3 mindən artıq icma üzvi formalaşdırılıb:

"Hazırda 15-dən artıq süni intellekt mütəxəssisimiz yetişib, 100-dən çox tələbə bu sahə üzrə ixtisaslaşmaqdadırlar".

O yekunda əlavə edib ki, Milli Süni İntellekt Mərkəzinin məqsədi ölkədə süni intellekt (AI) üzrə insan kapitalının formalaşdırılması, həmçinin AI layihələrinin inkişafını və yaradılmasını təmin etməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti