Bakı. Trend:
Dekabrın 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 6 dərəcədən 9 dərəcəyə, gündüz 10
dərəcədən 13 dərəcəyə qədər olacaq. Atmosfer təzyiqi 764 mm civə
sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%,
gündüz 70-75% təşkil edəcək.
Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi,
lakin bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, dağlıq
ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman
olacaq. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3 dərəcədən 7, gündüz 9 dərəcədən 14
dərəcəyə qədər, dağlarda gecə 0 dərəcədən 5 dərəcəyə qədər şaxta,
gündüz 3 dərəcədən 8 dərəcəyə qədər olacaq.
