...

Zəngilanda türbədə aşkarlanan qəbirlərin XIII–XV əsrlər müsəlman qəbri olduğu təsdiqlənib

Cəmiyyət Materials 11 Dekabr 2025 16:22 (UTC +04:00)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Arif Məmmədovun rəhbərliyi ilə Şərqi Zəngəzur arxeoloji ekspedisiyası Zəngilanda, Şərifan kəndi ərazisində tədqiqat aparıb.

Trend xəbər verir ki, bu barədə məlumat Arxeologiya və Antropologiya İnstitutunun hesabatında qeyd olunub.

Hesabata görə, 2025-ci il tədqiqatları türbənin daxili və ətrafında aparılan qazıntılar qəbir kamerasının kompleks quruluşunu, bişmiş kərpiclə hörülmüş iki hissəli dəfn sistemini və orta əsr müsəlman qəbirlərinin mövcudluğunu müəyyən edib.

Aşkar olunan maddi-mədəniyyət nümunələri abidənin XIII–XV əsrlərə aid olduğunu təsdiqləyərək bölgənin orta əsr dini-memarlıq ənənələrinin və sosial həyatının öyrənilməsi üçün mühüm elmi material təqdim edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti