...

Azərbaycanın ən çox məhsul alıb-satdığı ölkələr - SİYAH

İqtisadiyyat Materials 11 Dekabr 2025 12:29 (UTC +04:00)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 175 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 120 ölkəyə məhsul ixrac olunmuş, 170 ölkədən idxal olunub.

Trend bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2025-ci ilin yanvar-oktyabr aylarında ölkənin xarici ticarət dövriyyəsi 39,914 milyard ABŞ dolları təşkil edib. Ticarət dövriyyəsinin 20,689 milyard dollarını və ya 51,8 faizini ölkədən ixrac olunmuş məhsulların, 19,225 milyard dollarını (48,2 faizini) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 1,463 milyard dollar məbləğində müsbət saldo yaranıb. 2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3,9 faiz artmış, real ifadədə isə 7,9 faiz azalıb. İdxal real ifadədə 7,9 faiz, ixrac isə 7,8 faiz azalıb.

2025-ci ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 2,988 milyard dollar təşkil edib və 2024-cü ilin yanvar-oktyabr aylarına nisbətən faktiki qiymətlərlə 6,6 faiz artıb, real ifadədə isə 17,7 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 25,8 faizi İtaliya, 11,7 faizi Türkiyə, 10,2 faizi Rusiya, 9,3 faizi Çin, 3,0 faizi Almaniya, 2,6 faizi ABŞ, 2,5 faizi Birləşmiş Krallıq, 2,1 faizi İsveçrə, hər biri 1,9 faiz olmaqla Avstraliya və Çexiya, hər biri 1,7 faiz olmaqla Gürcüstan və Yunanıstan, hər biri 1,6 faiz olmaqla Bolqarıstan və Xorvatiya, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Rumıniya, 1,3 faizi İran, 1,2 faizi Özbəkistan, hər biri 1,1 faiz olmaqla Portuqaliya və Ukrayna, 0,9 faizi Fransa, hər biri 0,8 faiz olmaqla Belarus və Hindistan, 12,3 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

İxracın 46,9 faizini İtaliyaya, 13,0 faizini Türkiyəyə, 4,5 faizini Rusiyaya, 3,3 faizini Çexiyaya, 3,1 faizini Yunanıstana, 3,0 faizini Bolqarıstana, 2,9 faizini Xorvatiyaya, 2,6 faizini Gürcüstana, 2,5 faizini Almaniyaya, 2,3 faizini Rumıniyaya, 2,0 faizini Portuqaliyaya, 1,8 faizini İsveçrəyə, 1,3 faizini Birləşmiş Krallığa, 1,0 faizini İrlandiyaya, hər biri 0,9 faiz olmaqla Niderland və Ukraynaya, 0,8 faizini Tunisə, 0,7 faizini Fransaya, 0,6 faizini Hindistana, 0,5 faizini Serbiyaya, 5,4 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil etmişdir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (32,4 faiz), Türkiyəyə (16,3 faiz), İsveçrəyə (9,7 faiz), Gürcüstana (9,2 faiz), Ukraynaya (5,7 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (3,1 faiz), Qazaxıstana (2,7 faiz), Belarusa (2,1 faiz), Özbəkistana (2,0 faiz), Türkmənistana (1,8 faiz), ABŞ-a (1,7 faiz), İtaliyaya (1,2 faiz), Almaniyaya (1,1 faiz), Çinə (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 19,4 faizi Çin, 16,5 faizi Rusiya, 10,1 faizi Türkiyə, 5,2 faizi ABŞ, 4,0 faizi Avstraliya, 3,9 faizi Birləşmiş Krallıq, 3,6 faizi Almaniya, hər biri 2,7 faiz olmaqla Qazaxıstan və İran, 2,4 faizi İsveçrə, hər biri 2,1 faiz olmaqla Özbəkistan və İtaliya, hər biri 1,5 faiz olmaqla Meksika, Yaponiya, Braziliya və Cənubi Afrika Respublikası, hər biri 1,4 faiz olmaqla Koreya və Belarus, 1,2 faizi Ukrayna, hər biri 1,0 faiz olmaqla Fransa və Hindistan, 0,9 faizi İspaniya, 12,4 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

2025-ci ilin yanvar-oktyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 28,2 faiz, təzə tərəvəz – 17,9 faiz, şəkər – 58,5 faiz, siqaretlər – 35,0 faiz, kartof – 47,1 faiz, bitki yağları – 22,3 faiz, mineral gübrələr – 8,0 faiz, polietilen – 5,2 faiz, emal olunmamış alüminium – 48,7 faiz, sement klinkerləri – 13,8 faiz, pambıq ipliyi – 17,8 faiz artmış, meyvə və tərəvəz şirələri ixracı isə 1,5 faiz, meyvə və tərəvəz konservləri – 19,0 faiz, tütün – 45,7 faiz, çay – 4,3 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar – 27,0 faiz, təbii üzüm şərabları və üzüm suslosu – 22,0 faiz, pambıq lifi – 9,8 faiz, polipropilen – 6,4 faiz, elektrik enerjisi – 34,9 faiz, qara metallardan borular – 9,8 faiz, qara metallardan çubuqlar – 40,2 faiz, bentonit gili – 16,4 faiz azalıb.

2024-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2025-ci ilin yanvar-oktyabr aylarında buğda idxalı 6,4 faiz, xam şəkər – 25,6 faiz, kartof – 13,8 faiz, mal əti – 2,8 faiz, təzə tərəvəz – 35,6 faiz, siqaretlər – 2,8 dəfə, minik avtomobilləri – 29,8 faiz, polad prokatı – 0,7 faiz, avtobuslar – 2,4 dəfə, məişət kondisionerləri – 11,5 faiz, mineral gübrələr – 3,1 faiz, polietilen – 20,0 faiz, polipropilen – 5,2 faiz, məişət soyuducuları – 11,6 faiz artmış, bitki yağları idxalı isə 7,1 faiz, kərə yağı, digər süd yağları və pastaları – 12,1 faiz, təzə meyvə – 14,7 faiz, şokolad və şokolad məhsulları – 4,0 faiz, unlu qənnadı məmulatları – 2,0 faiz, çay – 5,5 faiz, quş əti və onun əlavə məhsulları – 28,9 faiz, dərman vasitələri – 15,6 faiz, qara metallardan borular – 12,4 faiz, hesablama maşınları, blok və qurğuları – 9,8 faiz, ayaqqabılar – 2,0 faiz, rezin şinlər – 3,1 faiz, sintetik yuyucu vasitələr – 5,8 faiz, mebellər – 0,3 faiz, yük avtomobilləri – 6,4 faiz, qara metallardan çubuqlar – 0,9 faiz, paltaryuyan maşınlar – 11,2 faiz, qara metallardan künclüklər – 1,9 faiz, sement – 21,8 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti