...

ABŞ-də bu səbəbdən fövqəladə vəziyyət elan edilib (YENİLƏNİB)

Dünya xəbərləri Materials 11 Dekabr 2025 17:54 (UTC +04:00)
ABŞ-də bu səbəbdən fövqəladə vəziyyət elan edilib (YENİLƏNİB)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Vaşinqton ştatında sel və daşqınlar səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Bob Ferqüson “X” sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, təxminən 100 min ştat sakini təxliyə oluna bilər.

Ferqüson ştatda vəziyyətin qeyri-sabit olduğunu bildirib.

xxx

16:52

ABŞ-nin şimal-qərbində yerləşən Vaşinqton ştatının bir hissəsinin əhalisə leysan yağışların yaratdığı güclü daşqınlar səbəbindən təxliyə olunmaq əmr olunub.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ştatın qubernatoru Bob Ferqyuson bəyan edib.

“Skagit dairəsində yüz ildən bir baş verən daşqın zonasına düşən bütün sakinlər üçün təxliyə əmri verilib”, – o, "X" sosial şəbəkəsində yazıb.

Qubernator neçə nəfərin dərhal evlərini tərk etməli olduğunu dəqiqləşdirməyib. Açıq mənbələrə görə, Skagit dairəsində 130 mindən çox insan yaşayır.

Ümumilikdə, leysan yağışlar səbəbindən Aydaho, Vaşinqton və Oreqon kimi şimal-qərb ştatlarında 9 milyondan çox sakin daşqın riski ilə üzləşə bilər.

Bazar ertəsindən etibarən bəzi yerlərdə artıq 200 mm-ə qədər yağıntı düşüb, yaxın günlərdə daha bir o qədər yağıntı gözlənilir. Məsələn, Vaşinqton ştatında dekabr ayı üçün orta yağıntı norması 146 mm, Oreqonda isə 179 mm təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti