...

Tailand-Kamboca sərhədində gərginlik artır: ölü sayı 19-a çatıb

Dünya xəbərləri Materials 11 Dekabr 2025 10:15 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Tailandla sərhəddə baş verən silahlı toqquşmalar nəticəsində Kambocada azı 10 sakin həlak olub, 60-a yaxın insan yaralanıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Kambocanın Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasına görə, qurbanlardan biri azyaşlı uşaq olub.

Tailand Müdafiə Nazirliyinin məlumatına görə isə baş verən toqquşmalarda tailandlı hərbçilər arasında itki sayı 9-a yüksəlib. Daha 120 nəfər yaralanıb.

Xatırladaq ki, 7 dekabr tarixində Tailand və Kamboca sərhədində atıcı silahlardan istifadə olunmaqla qarşıdurmalar başlayıb. Tailandın Kral Ordusu bazar ertəsi bildirib ki, Kamboca qüvvələri səhər saatlarında sərhəd zonasındakı Tailand mövqelərini artilleriya atəşi ilə vurmağa başlayıb. Buna cavab olaraq Tailand Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna zərbələr endirib.

Tailand quru qoşunlarının məlumatına görə isə, Kamboca bazar ertəsi və çərşənbə axşamı Tailand ərazisini BM-21 reaktiv yaylım atəşi sistemlərindən atəşə tutub, həmçinin kamikadze dronlardan istifadə edib. Tailand hərbçiləri əsas ərazilərə nəzarəti bərpa etmək və qarşı tərəfə ziyan vurmaq məqsədilə cavab atəşi açıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti