Bakı.Trend:
Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev “Mara’ee 2025” tədbiri ərəfəsində Bəhreyn Krallığının Daxili İşlər naziri cənab Rəşid bin Abdullah Əl-Xəlifəilə görüş keçirıb.
Trend xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Bildirilib ki, görüşdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, birgə əməkdaşlığın perspektivləri, qarşılıqlı maraq kəsb edən fəaliyyətlər üzrə məlumat və təcrübə mübadiləsinin həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
