...

Azərbaycanda data mərkəzlərində Qrafik Prosessor Modullarının quraşdırılmasına başlanılıb

Telekommunikasiya Materials 11 Dekabr 2025 12:59 (UTC +04:00)
Azərbaycanda data mərkəzlərində Qrafik Prosessor Modullarının quraşdırılmasına başlanılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda data mərkəzlərində Qrafik Prosessor Modullarının quraşdırılmasına başlanılıb.

Bunu Trend-ə bu gün Bakıda keçirilən “Süni İntellekt Standartlarının Media Nümayəndələrinə Kommunikasiyası” adlı tədbir çərçivəsində Milli Süni İntellekt Mərkəzinin Süni intellekt üzrə məhsul sahibi İbrahim Süleymanov açıqlamasında deyib.

Onun sözlərinə görə, proses hazırda uğurla icra edilməkdədir: "Avadanlıqlar alınıb və hazırda quraşdırılma işləri gedir. Bu işlər yekunlaşdıqdan sonra öz süni intellekt məhsullarımızı həmin mərkəzdə təqdim edə biləcəyik. Bu isə xərcləri azaldacaq.

Mərkəzdən həm tələbələr istifadə edəcək, həm də müvafiq dövlət strukturlarında istifadə olunacaq süni intellekt məhsulları həmin serverdə quraşdırılacaq. Bu da imkan verəcək ki, dövlət qurumları süni intellekt layihələrini bu avadanlıqlar üzərində apara bilsinlər. Gələn ilin ilk rübündə artıq bu işlərin ilkin nəticələrini görə biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti