...

ABŞ-nin populyar lotereyasında cekpot məbləği 1 milyard dollara çatıb

Dünya xəbərləri Materials 11 Dekabr 2025 10:21 (UTC +04:00)
ABŞ-nin populyar lotereyasında cekpot məbləği 1 milyard dollara çatıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin ən populyar lotereya oyunlarından sayılan “Powerball”da cekpot mükafatının məbləği 1 milyard dollara çatıb.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə lotereyanın saytında məlumat dərc olunub.

Çərşənbə günü lotereyanın növbəti tirajında da qalib müəyyənləşmədiyindən, uduş məbləği 1 milyard dollara yüksəlib. Məlumatda qeyd olunur ki, qalib şənbə günü müəyyənləşə bilər.

Qeyd edək ki, “Powerball” tarixində rekord cekpot məbləğinin (2,04 milyard dollar ) uduşu 7 noyabr 2022-ci ildə qeydə alınıb. Qalib Kaliforniya sakini Edvin Kastro olub və o, vergilərin çıxılmasından sonra xalis 1 milyard dollar əldə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti