...

Naxçıvanda deputat mandatından məhrum edildi

Siyasət Materials 11 Dekabr 2025 19:10 (UTC +04:00)
Naxçıvanda deputat mandatından məhrum edildi
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 4 saylı Yengicə Seçki Dairəsindən olan deputatı Abbasov Əli Feyzulla oğlu barəsində Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə daxil olmuş vətəndaş müraciətləri əsasında Ali Məclisin İntizam Komissiyası tərəfindən intizam icraatı başlanılıb.

Trend xəbər verir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İntizam Komissiyasının hazırladığı rəy Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən dekabrın 11-də Əli Abbasovun deputat mandatından məhrum edilməsi haqqında qərar qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti